Ermənistanda virusa yoluxma sayı 155 mini ötüb

Ermənistanda virusa yoluxma sayı 155 mini ötüb
  23 Dekabr 2020    Oxunub:1127
Ermənistanda son sutka ərzində daha 838 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 155 440-a yüksəlib.

Koronavirusdan bir gündə 18 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2691 nəfər olub. Koronavirusa yoluxub digər xəstəliklərdən ölənlərin sayı 660-dır.

Hazırda Ermənistanda 16 451 aktiv koronavirus xəstəsi var.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   yoluxma  





Xəbər lenti