İlham Əliyev qalib lider, Paşinyan isə uğursuz siyasətçi seçildi

 İlham Əliyev qalib lider, Paşinyan isə uğursuz siyasətçi seçildi
  23 Dekabr 2020    Oxunub:4168
"İnterfaks Ukrayna" informasiya agentliyi 2020-ci ilin uğurlu və uğursuz siyasətçilərini müəyyənləşdirib. Ermənistanın baş naziri Nikol Paşinyan ilin ən uğursuz siyasətçiləri siyahısında birinci yerdə olub.
Azvision.az xəbər verir ki, ilin qalibi sırasında ilk yeri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tutub.

Qeyd olunub ki, Ərdoğan 2020-ci ildə Liviya, Suriya, Şərqi Aralıq dənizi və Qafqazda uğurlu siyasət aparıb. Türkiyə bununla ən aktiv geopolitik oyunçulardan birinə çevrilib.

Qalib siyasətçilər arasında Azərbaycan Prezidenti İlham Əliyevin də adı yer alıb. Bildirilib ki, Dağlıq Qarabağdakı uğurlu hərbi əməliyyatlar İlham Əliyevi qalib lider adlandırmağa əsas verir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə uğursuz siyasətçilər siyahısında ilk yerdə qərarlaşıb. Məlumatda diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycanla hərbi münaqişədə məğlub olması rəsmi İrəvanı ciddi daxili siyasi böhrana sürükləyib. Nəticədə Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması prinsipial deyil, zaman məsələsinə çevrilib. Gələcəkdə Paşinyanın hakimiyyətini itirdikdən sonra cinayət təqibindən qaçaraq siyasi mühacirətə getmək məcburiyyətində qalması mümkündür.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İlhamƏliyev   Ərdoğan   Azərbaycan   Türkiyə  





Xəbər lenti