Gənc yazarlar üçün layihə

Gənc yazarlar üçün layihə
  12 Fevral 2014    Oxunub:2072
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc qələm sahibləri" adlı layihənin icrasına başlanılıb.
12 Fevral- 12 Aprel 2014- cü il tarixlərini əhatə edəcək olan layihə çərçivəsində indiyədək müxtəlif obyektiv və subyektiv səbəblərdən əsərlərini çap etdirə bilməyən gənc yazarların şeir, esse, hekayə və tərcümələrindən ibarət antologiya dərc olunacaq.

Layihənin icrası sırf istedadlı gənc yazarların aşkarlanmasına, inkişafına, tanıdılmasına xidmət edəcək və üç mərhələdə icra olunacaq.

Birinci mərhələdə mediada və sosial mediada verilən elanlardan sonra müraciət edən gənc yazarlar tərcümeyi hal, fotoşəkil və ən yaxşı əsərlərindən bir neçəsini [email protected] elektron ünvanına göndərəcəklər. Ekspertlər heyətində müraciət edən yazarların əsərlərinin ədəbi janrlarına uyğun olaraq yazarlar toplanacaq. İkinci mərhələdə münsiflər həmin müraciət edən gənc yazarların təqdim etdikləri əsərləri təhlil edəcəklər.

Seçilmiş əsərlərin müəlliflərinin adları mətbuat və sosial şəbəkərlə vasitəsi ilə də elan olunacaq. Hər müəllifin bir və ya bir neçə əsəri çap olunacaq kitab üçün toplanacaq. Həmçinin seçilmiş əsərlərin bir qismi müxtəlif qəzet və jurnallarda o cümlədən internet portallarında dərc olunacaq. Sonuncu mərhələdə isə ekspertlər heyəti tərəfindən seçilmiş əsərlər korrektor və redaktor nəzarətindən keçdikdən və həmin əsərlərə rəssam tərəfindən maraqlı illustrasiyalar işləndikdən sonra əlyazmalar naşirə veriləcək.

Antologiya hazır olduqdan sonra bütün gənc müəlliflərin, mətbuat və QHT nümayəndələrinin iştirakı ilə Bakı şəhərində geniş təqdimat mərasimi keçiriləcək.

1000 tirajla çap olunacaq olan topluda əlliyə yaxın gənc yazarın əsərinə yer verilməsi nəzərdə tutulub.

Layihənin müəllifi hər birimizin mətbuatdan və ədəbiyyatdan Qurbanəli Ömər kimi tanıdığı gənc yazar Qurbanəli Vidadi oğlu Yusibovdur.


Teqlər:





Xəbər lenti