İlham Əliyev: “Torpaqların sahibləri qayıdıb” - VİDEO

     İlham Əliyev:   “Torpaqların sahibləri qayıdıb” -    VİDEO
  24 Dekabr 2020    Oxunub:3767
“Vəhşi düşmən keçib bu torpaqlardan. Dağıdıb ki, heç vaxt Azərbaycan əhalisi bura qayıtmasın. İnşallah hamımız qayıdacağıq. Hər şeyi dağıdıblar. Orada artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Amma rədd elədik onları. Qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdıb”.
Azvision.az xəbər verir ki, bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Baxın ağacları necə qırıblar! Baxın, vəhşi düşmən neynəyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var. Unikal meşələri var”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, səfərdən videogörüntüləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində paylaşıb.



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Zəngilan  





Xəbər lenti