Moskvada koronavirus qurbanlarının sayı artıb

Moskvada koronavirus qurbanlarının sayı artıb
  24 Dekabr 2020    Oxunub:1094
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 76 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Bununla paytaxtda pandemiya qurbanlarının sayı 10 689 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün ölüm sayı 73 olub. Ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 756 586 nəfərdir.

Azvision.az


Teqlər: Moskva   Koronavirus  



Xəbər lenti