Dünyada yoluxma sayı 80 milyona yaxınlaşır

Dünyada yoluxma sayı 80 milyona yaxınlaşır
  24 Dekabr 2020    Oxunub:1458
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 79 milyon 57 min 222 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 737 min 748 nəfərdir. İndiyədək 55 milyon 648 min 450 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 18 917 152 nəfər virusa yoluxub, 334 218 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 123 778 yoluxma qeydə alınıb. Onlardan 146 778 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 7 366 677 nəfərdə virus aşkar edilib. Xəstələrdən 189 264 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 2 933 753 yoluxma, 52 461 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Fransada 2 505 875 nəfər virusa yoluxub ki, onlardan 61 978-si ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 570 357 nəfər koronavirusa yoluxub, 11 496 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti