COVID-19 peyvəndi hazırlayan şirkətlərin rəhbərləri milyarder oldu

 COVID-19 peyvəndi hazırlayan şirkətlərin rəhbərləri milyarder oldu
  24 Dekabr 2020    Oxunub:1927
Amerikanın "Forbes" jurnalı "BioNTech" və "Moderna" əczaçılıq şirkətlərinin rəhbərlərini koronavirus pandemiyası fonunda səhiyyə sektorunda sərvət qazanan 50 yeni milyarder siyahısına daxil edib.
Azvision.az xəbər verir ki, müvafiq məlumatlar "Forbes" saytında yayımlanıb.

"Forbes" qeyd edir ki, koronavirus pandemiyası bir çox əczaçılıq şirkəti rəhbərləri və səhiyyə investorlarının sərvətlərinin əhəmiyyətli dərəcədə böyüdüyünü göstərir. Hər şeydən əvvəl, peyvənd, dərman və tibbi avadanlıqların inkişafı ilə məşğul olan müəssisələr böyük qazanc əldə edib.

Ümumilikdə, "Forbes" 2020-ci ildə 50 yeni səhiyyə milyarderini müəyyən edib. Belə ki, bu ilin siyasında birinci sıralarda koronavirusa qarşı peyvəndi ixtira edən elm adamları yer alıb. Peyvəndlərdən biri (ABŞ şirkəti) "Pfizer" və Almaniyanın "BioNTech" şirkəti, digəri isə Masaçusettsdə yerləşən "Moderna" tərəfindən hazırlanıb.

Beləliklə, nəşrə görə, "BioNTech"in "CEO"su və həmtəsisçisi, Türk mənşəli Almaniya vətəndaşı olan Uğur Şahinin sərvəti 4,2 milyard dollar olaraq qiymətləndirilir.

2011-ci ildə "Moderna"ya rəhbərlik edən fransalı Stefan Banselin kapitalı 4,1 milyard dollardır. 2010-cu ildə "Moderna"nın inkişafına 5 milyon və 1,5 milyon dollar investisiya qoyan amerikalı sərmayəçilər Timoti Springer və Robert Langerin sərvəti hazırda 2 milyard dollar və 1,5 milyard dollar qiymətləndirilir.

Yeni peyvəndin yaratdığı milyarderlər siyahısına Çin, İtaliya, Hindistan, Kanada, İsveçrə, Hong Kong, Danimarkadan bir sıra şirkət rəhbərləri və investorlar da daxildir.

Azvision.az


Teqlər: Milyarder   Forbes  



Xəbər lenti