“Paşinyan istefasını tələb edənləri cəzalandıracaq”- Erməni mətbuatı
“Hraparak" qəzeti bununla bağlı yazıb: “Nikol Paşinyan istefa verməyəcək. Amma onun istefasını tələb edən hər kəsi cəzalandıracaq. Nikol ilk növbədə icma rəhbərlərini hədəf alır. O, hüquq-mühafizə orqanlarına baş nazirin istefası tələbi ilə çıxış edən bələdiyyə sədrlərinə və merlərə, ümumilikdə məmurlara qarşı cinayət işi açmağı, həmçinin yürüş və mitinqlərin təşkilati işləri ilə məşğul olanları, onları dəstəkləyənləri tapmağı tapşırıb”.
Xatırladaq ki, artıq bir neçə gündür Ermənistanda bəzi məmurlar saxlanılır və baş nazirin istefasını tələb edən, ona qarşı çıxan siyasi fəallara, din xadimlərinə təzyiqlər göstərilir.
Erməni mediası Erebuni bölgəsinin keçmiş başçısı David Qrigoryan və onun oğlu ilə müavininə qarşı cinayət işinin başlanmasını təsadüfi hal hesab etmir. Həmçinin iki merin saxlanılması, Paşinyana əl verməyən keşişə qarşı təzyiqlərin olması və bu kimi onlarla neqativ halların artmasını tənqid ediblər.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


