“Yüz min erməni meydana çıxsaydı, məsələ çoxdan həll olunmuşdu” - Paşinyanın rəqibi
“Sivil yolla getmək istəyiriksə, yəni dövlətin dağılmasına razı deyiliksə, onda bütün ermənilər meydanda olmalıdırlar. Əgər burada yüz min insan dayansaydı, məsələ çoxdan həll olunmuşdu. Məgər ölkədə yüz min narazı insan yoxdurmu? Hansılar ki, evdə oturub ölkələrinin parçalandığını anlayırlar. O zaman bilirsiniz, insanlarımız da günahkardırlar. Onlar depressiyadadırlar. Xalq 2 il yarım öncə yaxşı bir həyat yaşayacağını düşünüb ayağa qalxmışdı. İndi onlara küçələrə çıxmaq ağır gəlir. Amma insanlar kütləvi şəkildə bu depressiyadan qurtulacaqlar. Ermənistanda nələrsə baş verəcək”.
Onun sözlərinə görə, hökumət nə qədər tez istefa versə, ölkə də o qədər az şey itirəcək.
Tural Tağıyev
Azvision.az
Teqlər: Manukyan Etiraz-aksiyası







Vaxtında, Aydın, Lazımlı!


