İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı
  24 Dekabr 2020    Oxunub:1764
İranda son sutka ərzində 6178 nəfər koronavirusa (COVID-19) yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkədə virusa yoluxanların sayı 1 83 187 nəfərə yüksəlib.

Ötən 24 saat ərzində daha 152 pasiyent vəfat edib, bununla İranda pandemiya qurbanlarının sayı 54 308-ə çatıb.

Hazırda 5371 xəstənin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək 924 685 nəfər koronavirusdan sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  



Xəbər lenti