Nazirlər Birgə Monitorinq Mərkəzini müzakirə edəcək

Nazirlər Birgə Monitorinq Mərkəzini müzakirə edəcək
  24 Dekabr 2020    Oxunub:2160
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovun dəvəti əsasında dekabrın 29-da Soçi şəhərinə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə XİN rəhbəri Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclasında iştirak edəcək.

Zaxarovanın sözlərinə görə, iclasda geniş regional və beynəlxalq problemlərə baxılacaq. Xüsusilə, Yaxın Şərq və Şimali Afrika, Cənubi Qafqaz, Orta Asiya, Ukrayna və Qara dəniz bölgəsindəki vəziyyət diqqət mərkəzində olacaq.

Tərəflər Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin noyabrın 9-da imzaladıqları Bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin qurulması məsələləri barədə də fikir mübadiləsi aparılacaq.

Azvision.az


Teqlər: Rusiya   Türkiyə  



Xəbər lenti