Ermənilər hökumət binasını “yumurta atəşi”nə tutdular- VİDEO

 Ermənilər hökumət binasını “yumurta atəşi”nə tutdular-   VİDEO
  24 Dekabr 2020    Oxunub:1801
Bu gün İrəvanda etiraz aksiyası keçirən ermənilər hökumət binasını “yumurta atəşi”nə tutublar.
Azvision.az xəbər verir ki, müxalifətin təşkil etdiyi aksiya zamanı xeyli sayda saxlanılanlar olub.

Qeyd edək ki, bu gün səhər saat 10-da müxalifət hökumət binasını bloklayaraq baş nazir Nikol Paşinyan və məmurların işə gəlməsini əngəlləmək istəsə də, əraziyə gətirilən əlavə polis qüvvələri mitinq iştirakçılarına mane olublar. Respublika meydanından başladılan etiraz aksiyası baş prokurorluğun binası qarşısında davam edib. Ermənilər baş prokurordan Paşinyana qarşı cinayət işinin açılmasını tələb ediblər.



Tural Tağıyev
Azvision.az


Teqlər: İrəvan   Etiraz-aksiyası   Paşinyan  



Xəbər lenti