Qaxariya İlham Əliyevə zəng edib
Gürcüstanın Baş naziri dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd edilərək əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


