Gürcüstanda yeni hökumətin tərkibi təsdiqləndi
Yeni hökumətdə təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, müdafiə naziri İrakli Qaribaşvili, ədliyyə naziri Qoça Lortkipanidze, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri İvane Maçavariani, daxili işlər naziri Vaxtanq Qomelauri, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani olacaqlar.
Bundan əlavə, gələn ilin əvvəllərində Mədəniyyət Nazirliyinin yaradılacağı bildirilib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


