İtaliyada koronavirusa yoluxma sayı 2 milyonu keçdi
Bildirilib ki, COVID-19 infeksiyasına yoluxanların sayı 2 009 317 nəfərə çatıb.
İtaliyada bir gündə pandemiya qurbanlarının sayı 505 nəfər artarıb. Virusdan ölənlərin ümumi sayı 70 900-ə yüksəlib.
Ölkədə hazırda 593 632 aktiv koronavirus xəstəsi var, onlardan 2589-nun vəziyyəti ağırdır. İndiyədək 1 344 785 pasiyent sağalaraq virusa qalib gəlib.
Azvision.az
Teqlər: İtaliya Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


