Türkiyəyə Çin vaksini gətiriləcək

   Türkiyəyə Çin vaksini gətiriləcək
  25 Dekabr 2020    Oxunub:1904
Türkiyənin Çindən alacağı peyvənd növbəti həftənin ilk günü ölkəyə gətiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin elmi şurası Çin istehsalı olan peyvəndin insanlara təsirini qiymətləndirib. Nazir peyvəndin virus üzərində təsirə malik olma ehtimalının 91 faiz təşkil etdiyini vurğulayıb.

Qeyd olunub ki, Çinin səhiyyə qurumları Türkiyəyə göndəriləcək peyvəndlərin miqdarı ilə bağlı təsdiq prosesini tamamlayıblar.

Azvision.az


Teqlər: Türkiyə   Çin   Vaksin  



Xəbər lenti