Xankəndinin şimal ətrafı minalardan təmizlənilib

   Xankəndinin şimal ətrafı minalardan təmizlənilib
  25 Dekabr 2020    Oxunub:1497
Rusiyalı mühəndis birləşmələri Dağlıq Qarabağda 280 hektardan çox ərazini minalardan təmizləyib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətraflarının minalardan təmizlənməsi işini tamamlayır. Əməliyyat zamanı 280 hektardan çox ərazi, 107 kilometrə yaxın yol, 452 yaşayış binası təmizlənib. 9 mindən çox partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya sülhməramlıları minaların təmizlənməsində dağlıq ərazilərdə və hava şəraitinin pisləşməsi zamanı minalardan təmizləmə işini yüksək sürətlə həyata keçirməyə imkan verən müasir robot texnikalarından istifadə edirlər.

Azvision.az


Teqlər: Rusiya   Xankəndi   Mina  






Xəbər lenti