71 nəfər sığınacaqda yaşayır, 22-si qadındır
Onun sözlərinə görə, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Reabilitasiya şöbəsində 13 sakin var ki, onlardan 6-i qadın,7-i kişidir.
"Çətin həyat şəraitində olan müəyyən yaşayış yeri olmayan şəxslərin Reabilitasiya Şöbəsinə 2020-ci ilin dekabr ayının 17-nə qədər 7 nəfər gətirilib. Onlardan 2-si qadın 5-i isə kişidir. Son bir həftədə müəssisəyə 2 nəfər (kişi) gətirilib".
M.Həşimov qeyd edib ki, COVID-19 təhlükəsi ilə əlaqədar şəxslər müəssisəyə yerləşdirilməzdən əvvəl karantin zonası kimi fəaliyyət göstərən şöbəyə yerləşdirilir: "Burada lazımi testlərdən keçirilir və 14 gün karantində saxlanıldıqdan sonra müəssisənin müvafiq şöbəsinə yerləşdirilirlər. Hazırda karantin zonası kimi fəaliyyət göstərən şöbədə yerləşdirilənlərin sayı 16 nəfərdir. Onlardan 6-sı qadın, 10-u kişidir.
Müəssisədə yerləşdirilən şəxslər gündəlik 3 dəfə normal qidalanma ilə təmin edilir və digər zəruri xidmətlər göstərilir".
Aytən Zəhra
Azvision.az
Teqlər: Sığınacaq







Vaxtında, Aydın, Lazımlı!


