Hərbi təlimlər iki ölkə arasında gərginliyə səbəb oldu

Hərbi təlimlər iki ölkə arasında gərginliyə səbəb oldu
  25 Dekabr 2020    Oxunub:1462
Yaponiya hökuməti mübahisəli Takeshima adaları yaxınlığında hərbi təlimlərin keçirilməsi ilə əlaqədar Cənubi Koreyaya etiraz edib.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin nümayəndəsi Katsunobu Kato məlumat verib.

"Takeshima adaları tarixən və beynəlxalq hüquq baxımından Yaponiya ərazisidir. Biz bu cür hərəkətləri (təlimləri-red) qəbuledilməz hesab edirik, bununla əlaqədar Cənubi Koreya tərəfinə etiraz edildi", - deyə yaponiyalı rəsmi bildirib.

Xatırldaq ki, təlimlər 4 dekabr tarixində keçirilib.

Yapon dənizindəki Takeshima adaları Tokyo ilə Seul arasında mübahisə mövzusudur. Yaponiya, Cənubi Koreyanın 1905-ci ildə Yaponiya İmperiyasına daxil olan bu əraziləri qanunsuz olaraq işğal etdiyini iddia edir. Cənubi Koreya hakimiyyəti, KXDR rəhbərliyi kimi, bu kiçik arxipelaqın həmişə Koreya dövlətinin bir hissəsi olduğunu bildirir.

Hazırda adalar Cənubi Koreya ordusu tərəfindən idarə olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: adalar  



Xəbər lenti