Türkiyə-İsrail münasibətləri martdan normallaşa bilər
Azvision.az xəbər verir ki, bu barədə “CNNTürk” İsrail mediasına istinadla yazıb. Qeyd edilib ki, tərəflər qarşılıqlı səfir təyinatları həyata keçirə bilərlər. İsrail mediası Prezident İlham Əliyevin iki ölkə arasında vasitəçilik etdiyini bildirir.
Təl-Əvivin xəbər saytı “Walla” Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmasına vasitəçilik etdiyi iddiasını gündəmə gətirib.
Məlumata görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Prezident İlham Əliyev müsbət cavab alıb.
İsrailli rəsmilər ikitərəfli münasibətlərin normallaşması üçün "açarın" Prezident Ərdoğanın əlində olduğunu söyləyiblər.
23 mart 2021-ci ildə İsraildə keçiriləcək erkən seçkilərdən əvvəl mümkün normallaşma gözlənilmir.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


