Bu gündən tərxis başlayır - SƏRƏNCAM

 Bu gündən tərxis başlayır -  SƏRƏNCAM
  25 Dekabr 2020    Oxunub:5500
Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sənəddə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçuların dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmələri əksini tapıb.

Azvision.az


Teqlər: İlham-Əliyev   Səfərbərlik  






Xəbər lenti