Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti artırıldı

  Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti artırıldı
  25 Dekabr 2020    Oxunub:1538
Prezident İlham Əliyev “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında 19 mart 2020-ci il tarixli fərmanına dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dövlət başçısının imzaladığı yeni fərmana əsasən, Fondun fəaliyyət müddəti 1 il uzadılaraq 2021-ci ilin dekabrın 31-nə qədər müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələlərin həll etmək tapşırılıb.

Azvision.az


Teqlər: İlham-Əliyev  






Xəbər lenti