Rusiya nəşri İlham Əliyevi “İlin siyasətçisi” seçdi

 Rusiya nəşri İlham Əliyevi “İlin siyasətçisi” seçdi
  25 Dekabr 2020    Oxunub:4526
Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib.

Nəşr yazır: “İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar”.

Qeyd edək ki, “İlin siyasətçiləri” nominasiyasının namizədləri siyahısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko da olub.

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden isə redaksiya seçimi əsasında “İlin siyasətçisi” elan edilib.



Azvision.az


Teqlər: İlham-Əliyev   Rusiya  



Xəbər lenti