Ukrayna nəğməsi Azərbaycan musiqi alətləri ilə ifa olundu - VİDEO

Ukrayna nəğməsi Azərbaycan musiqi alətləri ilə ifa olundu -    VİDEO
  25 Dekabr 2020    Oxunub:2807
Ukrayna bəstəkarı Nikolay Leontoviçin tanınmış “Şedrik” əsəri artıq ikinci yüzillikdir Ukrayna mədəniyyətini yeni ölkələrə və şəhərlərə çatdırır.
Ukraynanın Azərbaycandakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, 100 il bundan öncə “Şedrik” nəğməsi ilk olaraq Ukrayna xorunun Şimali Amerikaya qastrolları zamanı səsləndirilib və dərhal “Carol of the bells” əfsanəvi mahnı kimi böyük populyarlıq qazanıb.

Bildirilib ki, rəmzi olaraq yüz il sonra “Şedrik” Ukrayna nəğməsi əzəmətli və əsrarəngiz Qafqaz dağlarında səsləndirilmək üçün "köhnə dünya"ya geri döndü. İstedadlı Ukrayna musiqişünası Polina Desyatniçenko muğam sənətinə yiyələnmək üçün xüsusi olaraq Kanadadan Azərbaycana gəlib.

Polina Desyatniçenko, Toğrul Əsədullayev, Şinarə Heydərova, Vəfa Şirəliyeva, Şəfa Kərimova və Azad Əliməmmədovdan ibarət yeni yaradılmış Ukrayna-Azərbaycan tandemi “Şedrik Ukrayna nəğməsinin qədim Azərbaycan musiqi alətlərinin köməyi ilə yeni şəkildə səsləndirilib.

Ənənəyə görə, “Şedrik” nəğməsi Yeni il bayramının yaxınlaşdığı barədə xəbər verir.



Azvision.az



Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti