“BMT TŞ-nın sammiti üz-üzə keçirilməlidir” - Lavrov

“BMT TŞ-nın sammiti üz-üzə keçirilməlidir” -  Lavrov
  25 Dekabr 2020    Oxunub:1367
BMT Təhlükəsizlik Şurası "beşliyinin" sammiti üz-üzə keçirilməlidir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva sammitin yaxın gələcəkdə baş tutacağına ümid edir.

“Əlbəttə ki, beşliyin sammiti videokonfrans formatında da keçirilə bilər, lakin yığılmış problemlərin vacibliyini və mürəkkəbliyi nəzərə alınaraq, üz-üzə görüşmək tələb olunur. Ümid edirəm yaxın gələcəkdə görüş baş tutacaq”, - Lavrov deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  



Xəbər lenti