Rusiya Aerokosmik Qüvvələri 5-ci nəsil Su-57-lər aldı
"İlk seriya istehsalı olan Su-57 Rusiya Aerokosmik Qüvvələrinə təhvil verildi", - deyə məlumatda vurğulanıb.
“Rostex”in rəhbəri Sergey Çemezov bildirib ki, Aerokosmik Qüvvələr əvvəllər sınaq əməliyyatı üçün 10 ədəd Su-57-dən ibarət pilot partiyanı alıb. 2019-cu ilin yayında imzalanmış müqaviləyə əsasən, ordu bu ilin sonuna qədər 76 qırıcı almalıdır.
Su-57 hər növ hava, yer və yerüstü hədəfləri məhv etmək üçün hazırlanmış beşinci nəsil döyüş təyyarəsidir. İlk uçuşunu 2010-cu ildə edib. Su-57 yüksək manevr qabiliyyətinə malikdir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya







Vaxtında, Aydın, Lazımlı!


