Qafandan Aqaraka gedən yol Azərbaycanın nəzarətinə keçib
Azvision.az xəbər verir ki, bunu Qafan meri Qevork Parsyan Ermənistan parlamentində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Qafan-Gorus, Qafan-Çakaten yolları açıqdır.
Onun sözlərinə görə, bu gün Qafandan Aqarak kəndinə dolama yolla getmək olar, lakin həmin yol dəfələrlə uzundur və təmirə ehtiyac var: "Qışda praktik olaraq keçilməzdir. Beləliklə, Aqarak, Ujanis, Yeqvard kəndlərinin sakinləri müəyyən mənada blokadada qaldılar".
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


