Vətən müharibəsində iştirak edən 1560 nəfərə pensiya və təqaüd verilib

   Vətən müharibəsində iştirak edən 1560 nəfərə pensiya və təqaüd verilib
  25 Dekabr 2020    Oxunub:1717
Şəhid ailələrinə, müharibə əlillərinə qayğı göstərilməsi hər zaman dövlət başçısının diqqət mərkəzindədir.
Azvision.az -ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, son bir ayda 4500-dən artıq şəhid ailəsi və qaziyə baş çəkilib, onlar sosial qayğı ilə əhatə olunub.

S.Babayev xatırladıb ki, bu il şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Mənzillərin böyük hissəsi artıq verilib.

Nazir, həmçinin vurğulayıb ki, ümumilikdə bü günə qədər şəhid ailələrinə və müharibə aillərinə 9000 mənzil və fərdi ev, 7000 avtomobil təqdim edilib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində iştirak edən 1560 nəfərə pensiya və sosial təqaüdün təyin edilməsi təmin edilib. Proses davam etdirilir.

Azvision.az


Teqlər: ƏƏSMN  






Xəbər lenti