Bu hərbçilərin uşaqlarına sosial müavinət veriləcək

 Bu hərbçilərin uşaqlarına sosial müavinət veriləcək
  25 Dekabr 2020    Oxunub:2242
Sosial müavinətlərin növlərinə, müavinətlərin təyin olunması şərtlərinə, müavinətlərin təyin edilməsi müddətinə dəyişiklik edilir.

Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sosial müavinətlər haqqında” qanun layihəsində qeyd olunub.
Qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək. Belə ki, hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Azvision.az


Teqlər: Hrəbçi   Parlament   Qanun  






Xəbər lenti