Belarusun ABŞ-dakı yeni səfiri ölüb

Belarusun ABŞ-dakı yeni səfiri ölüb
  25 Dekabr 2020    Oxunub:1605
ABŞ-a səfir təyin olunmuş Belarus Xarici İşlər nazirinin müavini Oleq Kravçenko vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz bildirib.

“Oleq Kravçenko qəfildən vəfat etdi”, - deyə mətbuat katibi vurğulayıb, lakin diplomatın ölüm səbəbi açıqlamayıb.

XİN rəsmisi əlavə edib ki, Kravçenko səfir kimi ABŞ-a getməyə imkan tapmayıb. Belə ki, Kravçenko bu ilin iyul ayında ABŞ-a səfir təyin edilmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   ABŞ   Səfir  



Xəbər lenti