Ermənilər Qarabağda yaşı 2 min il olan ağacları məhv edib

 Ermənilər Qarabağda yaşı 2 min il olan ağacları məhv edib
  25 Dekabr 2020    Oxunub:2385
“Azərbaycan torpaqlarının işğalı zamanı oradakı xüsusi mühafizə olunan təbiət əraziləri məhv edilib. Orada dörd yasaqlıq, iki dövlət təbiət qoruğu var idi”.

Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, hazırda həmin yasaqlıq və qoruqların vəziyyəti yaxşı deyil.

Xidmət rəisi bildirib ki, "Bəsitçay" qoruğunun yarıdan çoxu məhv edilib. "Qaragöl" qoruğunun da böyük bir hissəsi qurudulub: "Yasaqlıqlardakı meşələrdə minlərlə hektar ərazidə ağacın kəsildiyi qeydə alınıb. Orada davamlı tədbirlər görülməlidir”.

H.Əlizadə vurğulayıb ki, Qarabağ ərazisində yaşı 450, 500, hətta 2000 il olan ağaclar məhv edilib: "Hazırda qiymətləndirmə işləri aparılır. Həmin xüsusi mühafizə olunan ərazilərdə təbiət bərpa ediləcək və inkişaf etdiriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Meşə  






Xəbər lenti