Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi - FOTO

   Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi -    FOTO
  25 Dekabr 2020    Oxunub:1279
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib.
DMX-dən Azvision.az -a bildirilib ki, müraciətlər əsasən müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.







Azvision.az


Teqlər: DövlətMiqrasiyaXidməti  






Xəbər lenti