AzTV-də bədbəxt hadisə: Texniki işçi ölüb - (YENİLƏNİB)

 AzTV-də bədbəxt hadisə:  Texniki işçi ölüb - (YENİLƏNİB)
  26 Dekabr 2020    Oxunub:4295
Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Azvision.az xəbər verir ki, QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev dünyasını dəyişib.
Məlumatı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

***
(21:54)

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

Azvision.az


Teqlər: AzTV  






Xəbər lenti