Daha bir qazinin ailəsinə kömək edildi

Daha bir qazinin ailəsinə kömək edildi
  26 Dekabr 2020    Oxunub:1303
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Füzuli istiqamətində gedən döyüşlərdə yaralanan Rahmanov Azər Xanoğlan oğlunun ailəsi ilə görüşüblər.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Cəlilabadın Göytəpə qəsəbəsində yaşayan ailə 3 nəfərdən (əsgərin özü, anası və qardaşı) ibarətdir.

Azərin anası hazırda işləyir, qardaşı 26 yaşlı Rəfael də Bakıdakı şirkətlərin birində çalışır.

Azərin əlillik dərəcəsinin qiymətləndiriləcəyi və əlillik təyinatı aparıldığı halda onun nazirlik tərəfindən aylıq sosial ödənişlərlə və reabilitasiya xidmətləri ilə təmin olunacağı, digər sosial dəstək tədbirləri ilə əhatə olunacağı barədə ailəyə məlumat verilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Qazi  






Xəbər lenti