Distant təhsilin müddəti uzadıldı

   Distant təhsilin müddəti uzadıldı
  26 Dekabr 2020    Oxunub:1427
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qərarın qüvvədə olma vaxtı dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılıb.

Azvision.az


Teqlər: Təhsil   Baş-nazir  






Xəbər lenti