Paşinyan ona “kiçik adam” deyən deputatı cəzalandırır

Paşinyan ona “kiçik adam” deyən deputatı cəzalandırır
  26 Dekabr 2020    Oxunub:1534
“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan hesab edir ki, baş nazir Nikol Paşinyan onun parlamentin İnsan hüquqları komissiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılmasını tələb edib.
Azvision.az xəbər verir ki, bu barədə deputat “Facebook” səhifəsində yazıb.

"Mənim addımım" bloku parlamentin 28 dekabr iclasında Zöhrabyanın İnsan hüquqları komissiyasının sədri vəzifəsindən kənarlaşdırılması məsələsinə baxacaq.

Zöhrabyan əmindir ki, "Mənim addımım"ın deputatları baş nazirin tələbini yerinə yetirəcək və onun istədiyi şəkildə səs verəcəklər.

Paşinyan çox kiçik adam olduğundan ona elə gəlir ki, bu, mənim üçün faciə olacaq. İstefasından əvvəl məni cəzalandırmağa qərar verib”, - deyə erməni deputat bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NairaZöhrabyan  





Xəbər lenti