“Erkən seçki qanlı siyasi alver deməkdir” - Minasyan

 “Erkən seçki qanlı siyasi alver deməkdir” -  Minasyan
  26 Dekabr 2020    Oxunub:1334
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanın siyasi qüvvələri məsləhətləşmələrə çağırmasına münasibət bildirib.
Azvision.az xəbər verir ki, Minasyan bunu qanlı siyasi alver adlandırıb.

“İndi Nikolun istədiyi bir şey var - qanlı siyasi alver. Yəni erkən seçkilər. Nikol ilə razılaşmaq mümkündürmü? Əgər 5 min insanın qanını özünüzün və övladlarınızın üzərinə tökmək, milli xəyanət möhürünü əbədi olaraq Nikol ilə bölüşmək istəmirsinizsə, cavab “yox”dur. Bu təklif mənasız bir hərəkət idi. Amma heç olmasa onun gələcəkdən qorxduğu göründü", -deyə sabiq səfir vurğulayıb.

Xatırladaq ki, Nikol Paşinyan dünən vəzifəsindən istefa verməyə hazır olduğunu bəyan edib. O bu barədə sosial şəbəkə hesabında yazıb. Baş nazir diqqətə çatdırıb ki, yalnız xalqın qərarı ilə bu addımı ata bilər. Bundan əlavə, Paşinyan siyasi qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Minasyan   Paşinyan   Siyasi-alver  





Xəbər lenti