Rusiya peyvəndi 90 faizdən çox effektivlik göstərib

Rusiya peyvəndi 90 faizdən çox effektivlik göstərib
  26 Dekabr 2020    Oxunub:1246
“Sputnik V” koronavirus əleyhinə peyvənd 60 yaşdan yuxarı yaş qrupu üçün 90 faizdən çox təsirli olub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, vaksin, həmçinin bu və digər yaş qrupları üzrə xəstəliyin ağır hallarına qarşı tam qorunmanı təmin edir.

Qeyd edək ki, Rusiya peyvəndinin klinik sınaqlarının nəticələri tibb orqanlarını razı salıb və Səhiyyə Nazirliyi əhalinin vaksinasiyası üçün “Sputnik”in istifadəsinə icazə verib.

Peyvəndin artıq 18 və yuxarı yaş qrupları üçün istifadəsi təsdiqlənib.

“Sputnik V" COVID-19-un qarşısının alınması üçün dünyada qeydiyyatdan keçmiş ilk peyvənddir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SputnikV   Peyvənd   Rusiya  





Xəbər lenti