Misirdə koronavirus xəstələri yanaraq öldü

Misirdə koronavirus xəstələri yanaraq öldü
  26 Dekabr 2020    Oxunub:1259
Misirin Qalyubiya əyalətindəki koronavirus (COVID-19) xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada yanğın nəticəsində azı yeddi nəfər ölüb, beş nəfər yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın reanimasiya şöbəsində baş verib.

Hadisə yerinə xilasetmə briqadaları göndərilib, bəzi xəstələri xilas etmək mümkün olub.

Hadisə araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: yanğın  





Xəbər lenti