Əməkdar artist vəfat edib

   Əməkdar artist vəfat edib
  26 Dekabr 2020    Oxunub:3827
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

"Əməkdar artist, teatrımızın sevilən aktrisası Almaz Mustafayeva dünyasını dəyişib. Teatrın direktoru Naidə İsmayılzadə və kollektivimiz adından dərin hüzünlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Allah rəhmət eləsin!", -deyə məlumatda bildirilib.

Qeyd edək ki, Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində anadan olub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

“Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.

Azvision.az


Teqlər: Əməkdar-Artist   Almaz-Mustafayeva  





Xəbər lenti