Hulusi Akar Liviyada səfərdədir

Hulusi Akar Liviyada səfərdədir
  26 Dekabr 2020    Oxunub:1066
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Liviyaya səfərə gedib.
Azvision.az xəbər verir ki, səfərdə Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı, general Ümit Dündar, Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal iştirak edirlər.

Qarşılanma mərasimindən sonra Akar Liviyanın Müdafiə naziri Səlahəddin Nemruş ilə əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşlər keçirib.

Akar Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb, "Siz burada nə qədər rahat, güclü və dinc olsanız, biz də Türkiyədə özümüzü o qədər rahat və hüzurlu hiss edərik”, deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Liviya  





Xəbər lenti