Pakistanda növbəti terror aktı

Pakistanda növbəti terror aktı
  13 Fevral 2014    Oxunub:1022
Hadisə nəticəsində ən azı 8 polis əməkdaşı həlak olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistanın cənubundakı Kəraçi şəhərində bomba yüklü maşın polislərlə dolu avtobusa çırpılıb.

Hadisə nəticəsində 8 polis əməkdaşı həlak olub, 20-dən artıq polis isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hələki heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Terror aktı hakimiyyətin taliblərlə sülh razılaşması əldə etmək üçün görüşlər təşkil etdiyi vaxta təsadüf edib.

Xatırladaq ki, Hind okeanı sahilində yerləşən Kəraçi şəhəri Pakistanın ən böyük şəhəridir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti