Müxalifət Paşinyanın istefasında israrlıdır: “Yalnız bir yol var, satqın getməlidir”

 Müxalifət Paşinyanın istefasında israrlıdır:  “Yalnız bir yol var, satqın getməlidir”
  27 Dekabr 2020    Oxunub:1632
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərdən əvvəl istefaya getməsini tələb edir.
Azvision.az xəbər verir ki, "Daşnaktsütyun" partiyasının funksioneri İşxan Saqatelyan Paşinyanın istefasının qaçılmaz olduğunu bildirib.

"Siyasi cəsəd yenə xalqın arxasında gizlənərək, yenə onları aldatmağa çalışaraq qurtuluş yolları axtarır. Sənin siyasi ölümün artıq bir həqiqətdir, istefan isə qaçılmazdır", - deyə müxalif fəal vurğulayıb.

Saqatelyanın fikrincə, Paşinyan növbədənkənar seçkiləri inzibati resurslar hesabına təşkil etməyə çalışır. Bu seçim isə qəbuledilməzdir.

"Yalnız bir yol var, satqın istefaya getməlidir, bundan sonra erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı verilməlidir".

Qeyd edək ki, N. Paşinyan dünən vəzifəsindən istefa verməyə hazır olduğunu bəyan edib. O, diqqətə çatdırıb ki, yalnız xalqın qərarı ilə bu addımı ata bilər: "Xalqın gələcəyə inamının qırılmaması üçün bu çətin dövrdə Ermənistanda liderliyimi davam etdirməyə hazıram”.

Bundan əlavə, Paşinyan siyasi qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün məsləhətləşmələrə çağırıb.

Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti