Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Türkiyədə COVID-19-la bağlı son vəziyyət
  27 Dekabr 2020    Oxunub:1155
Türkiyədə son sutka ərzində daha 253 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 3002-si simptomatik olmaqla 15 118 yoluxma qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 19 624, virusa yoluxanlar isə 2 133 373 nəfərə çatıb.

Türkiyədə indiyədək 1 994 034 pasiyent (son sutkada 23 231 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti