İlk vaksini 101 yaşlı qadına vurdular

İlk vaksini 101 yaşlı qadına vurdular
  27 Dekabr 2020    Oxunub:1510
Almaniyada koronavirus əleyhinə ilk peyvənd Saksoniya-Anhalt federal ərazisindəki qocalar evində yaşayan 101 yaşlı qadına vurulub.
Azvision.az xəbər verir ki, daha sonra qocalar evinin digər sakinləri, eləcə də işçi heyət peyvənd olunub.

Qeyd edək ki, bu gün Biontech/Pfizer vaksininin ilk partiyası Almaniyaya gətirilib. Şimali Reyn-Vestfaliyanın rəhbəri Armin Laşetin sözlərinə görə, bu partiya 16 federal ərazi arasında bərabər bölünəcək.

Almaniya Səhiyyə Nazirliyinin qəbul etdiyi milli plana əsasən, ölkə üzrə peyvəndləmə dekabrın 27-də başlanacaq. İlk növbədə 80 yaşdan yuxarı insanlar, qocalar evlərinin işçiləri və orada yaşayanlar, həmçinin risk zonasında hesab olunan tibb heyəti peyvəndlənəcək.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti