Tramp Baydeni “saxta prezident” adlandırdı

Tramp Baydeni “saxta prezident” adlandırdı
  27 Dekabr 2020    Oxunub:972
ABŞ-ın hazırkı prezidenti Donald Tramp ölkənin yeni seçilmiş rəhbəri Cozef Baydeni "saxta prezident" adlandırıb.
Azvision.az xəbər verir ki, Tramp bu barədə "Tvitter" hesabında yazıb.

"Əfqanıstanda xidmət etmiş gənc hərbçi mənə dedi ki, Əfqanıstandakı seçkilər ABŞ-ın 2020-ci il seçkilərindən daha etibarlı və daha yaxşıdır. Bizimki milyonlarla korrupsiyalaşmış poçt bülletenləri olan seçki idi, üçüncü dünya ölkəsinin seçimi kimi. Saxta Prezident!", - deyə Tramp qeyd edib.

Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti