Koronavirusun yeni ştammı daha bir ölkədə aşkarlandı

Koronavirusun yeni ştammı daha bir ölkədə aşkarlandı
  27 Dekabr 2020    Oxunub:1307
İsveçdə koronavirusun Böyük Britaniyada aşkarlanmış yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İsveçin Səhiyyə İdarəsinin nümayəndəsi Sara Büfors bildirib.

Onun sözlərinə görə, Södermanland əyalətində mutasiyaya uğramış virusa yoluxma aşkarlanıb. Koronavirusun yeni ştammına yoluxan şəxs Böyük Britaniyadan gəlib. O, İsveçə daxil olduğu andan karantinə alınıb.

Xatırladaq ki, koronavirusun "Britaniya növü"nə bir neçə ölkədə rast gəlinib.

Azvision.az


Teqlər: Koronavirus   isveç  





Xəbər lenti