İtaliyada bir gündə 10 mindən çox yoluxma qeydə alındı

İtaliyada bir gündə 10 mindən çox yoluxma qeydə alındı
  27 Dekabr 2020    Oxunub:1241
İtaliyada son sutka ərzində koronavirus infeksiyasına 10 405 nəfər yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoluxma sayı 2 038 759 nəfərə çatıb. Son 24 saatda 261 nəfər olmaqla, ümumilikdə 71 620 pasiyent dünyasını dəyişib. Ölümcül xəstəlikdən sağalanların sayı 1 386 198 nəfərdır.

İtaliyada 580 941 aktiv koronavirus xəstəsi var. Onlardan 2582-nin vəziyyəti ağırdır.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti