Ailələr arasında silahlı qarşıdurma: 5 nəfər qətlə yetirildi

Ailələr arasında silahlı qarşıdurma:   5 nəfər qətlə yetirildi
  27 Dekabr 2020    Oxunub:2069
Türkiyənin Şanlıurfa bölgəsində ailələr arasında silahlı qarşıdurma baş verib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Bozova magistralında qeydə alınıb.

İnsident zamanı 5 nəfər qətlə yetirilib, 3 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb. Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb, detallar araşdırılır.

Azvision.az


Teqlər: Türkiyə   İnsident  





Xəbər lenti