“İndiki pandemiya sonuncu olmayacaq” - ÜST rəhbəri

 “İndiki pandemiya sonuncu olmayacaq” -   ÜST rəhbəri
  27 Dekabr 2020    Oxunub:1962
2020-ci ildə yaranmış pandemiya sonuncu olmayacaq. Buna görə də dünya ictimaiyyətini səhiyyə sistemlərinin mühafizəsini gücləndirməyə və yeni fövqəladə vəziyyətlərə hazırlamaq lazımdır.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Tarix bizə deyir ki, indiki pandemiya sonuncu olmayacaq. Epidemiyalar həyatın reallığıdır", -deyə ÜST rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, fövqəladə vəziyyətlərin qarşısının alınmasına investisiya yönəltmək və ilkin tibbi yardımı inkişaf etdirmək vacibdir.

Azvision.az


Teqlər: ÜST   Pandemiya  





Xəbər lenti